WordPress

WordPress-də profil şəklini necə dəyişmək olar? [NO PLUGİN]

WordPress-in standart funksiyalarında birbaşa profil (author) şəklini dəyişmək yoxdur. Bunu onlarla hazırlanmış pluqinlərlə etmək mümkündür. Bütün WordPress layihələrimdə hər xırda nüanslar üçün əlavə qoşmalardan istifadə etməkdənsə, sadə kodlarla məsələləri həll etməyə çalışıram. Belə olduqda saytda qoşmaların sayı həm az olur, həm də əlavədən saytın həcmini artırmış olmuruq. Bu bloq yazımda WordPress-də profil şəklinin heç bir əlavə qoşmadan (plugin) istifadə etmədən bəhs edəcəyəm.

WordPress-in standart funksiyalarında birbaşa profil (author) şəklini 2 yolla dəyişmək mümkündür:

  1. Yüzlərlə pulsuz hazır qoşmalarla;
  2. Sol admin panel çubuğunda İstifadəçilər – Profil bölməsində profil şəklinin altında yerləşən You can change your profile picture on Gravatar linkinə keçid edib, profil yaradaraq şəkil yükləməklə

Saytın admin panelin sol çubuğunda Görünüş – Theme File Editor – funtions.php faylına daxil olub, aşağıda qeyd etdiyim kodu həmin faylın ən sonuna əlavə edib, “faylı yenilə” butonunu klikləyin.

add_filter( 'avatar_defaults', 'wpb_new_gravatar' );
function wpb_new_gravatar ($avatar_defaults) {
$myavatar = 'profil şəklinin linkini bu hissəyə əlavə edin';
$avatar_defaults[$myavatar] = "Profil Photo";
return $avatar_defaults;
}

Yuxarıdakı kodun “profil şəklinin linkini bu hissəyə əlavə edin” hissəsinə daha öncə media fayllarına yüklədiyiniz profil şəklinin linkini yapışdırmalısız.

Daha sonra admin panelin sol çubuğunda Parametrlər – Müzakirə bölməsinə daxil olaraq ən sonda öz profil şəklinizi seçib, yadda saxla edirsiz.

Qeyd edim ki, bir dən çox istifadəçi (qeydiyyatdan keçən) varsa, qeydiyyat üçün nəzərdə tutulmuş pluqinlərlə edilir. Bir istifadəçi olan saytlarda (əsasən bloq) aşağıdakı həll yollardan birindən isrtifadə edə bilərsiniz. Hal-hazırda bu koddan və bu metoddan istifadə edərək profil şəklimi dəyişmişəm. Rahatlıqla bu koddan istifadə edərək, qoşma (plugin) istifadə etmədən profil şəklini dəyişə bilərsiz.

ismayıl

7+ illik WordPress developer, SEO üzrə mütəxəssis
Back to top button