Dropshipping nədir?
Dropshipping onlayn e-ticarət platformalarında stoksuz satış edilən müasir biznes modelidir. Şirkətlər məhsulların ehtiyatlarını saxlamaq əvəzinə, şirkətlərdən alınan sifarişləri sayt vasitəsilə təchizatçılara və təchizatçı şirkətlərin anbarına yönləndirərək sifarişləri idarə edir. Bu sayədə şirkətlər, tədarükçü firmaların məhsullarını, anbar xərcləri olmadan sata bilərlər. İstehlakçılar e-ticarət saytına daxil olduqları zaman bir-birindən fərqli məhsullarla qarşılaşa və beləliklə də bu məhsulları ala bilərlər. İşin bu tərəfi belə olsa da, işin arxa tərəfində bu proses satıcı firmanın müştəridən gələn sifarişləri təchizatçı şirkətə yönləndirməsi və məhsulun istehlakçıya göndərilməsi prosesi ilə davam edir.
Dropshipping biznes modeli anbara ehtiyac duymur. Bu isə iş yükünü yüngülləşdirməklə yanaşı, maliyyə xərclərini azaldır.
Dropshipping-in üstünlükləri
- İstehsal, saxlama, qablaşdırma, işçilərin əmək haqqı və sair xərcləri yoxdur;
- Başlanğıc kapitalı son dərəcə aşağıdır və iş yükü azdır;
- Başlamaq üçün böyük təşkilatlara ehtiyac yoxdur;
- Bir kompüterdən bir nəfər tərəfindən idarə olunması da mümkündür;
- Böyük kapital qoyulmadığı üçün itki riski azdır;
- Müxtəlif sektorlardan bir çox təchizatçı ilə eyni vaxtda işləmək mümkündür;
- Təchizatçıların sayı ilə yanaşı məhsul çeşidini də artırmaq mümkündür;
- Məhsul çeşidini artırmaq asan olduğu üçün daha geniş müştəri bazası əldə edilir;
- Anbara ehtiyac olmadığı üçün evdən işləmək və bütün prosesi rəqəmsal şəkildə idarə etmək mümkündür;
- Yalnız satışda olan məhsullar məsuliyyət dairəsindədir. Təchizatçı inventar xərcləri ilə maraqlanır;
- Çatdırılma tədarükçünün məsuliyyəti olduğu üçün çatdırılma xərclərinə, xidmətinə ehtiyac yoxdur.
Dropshipping-in mənfi cəhətləri
- Komissiya məntiqi ilə işlədiyi üçün mənfəət marjası aşağıdır;
- Ödəniş infrastrukturu təminatçıları və bazarlar tərəfindən alınan komissiyalar da mənfəəti azaldır;
- Digər modellərlə müqayisədə rahat bir müəssisə olduğu üçün sahibkarların sayı çoxdur. Buna görə də güclü rəqabət mühiti var;
- O, təkcə dropshipperlərlə deyil, həm də digər e-ticarət modeli satıcıları ilə rəqabət aparır;
- Rəqabətdən fərqlənmək üçün qiyməti aşağı salmaq lazımdır və bu, mənfəətin azalmasına səbəb olur;
- İnventarın idarə edilməsi bir az daha çətindir. Beləliklə, tədarükçünün ehtiyatlarını daim yoxlayaraq məhsul siyahısını yeniləmək lazımdır;
- Bundan əlavə, satıcı təchizatçının cavabdeh olduğu məsələlər üzrə müştərinin ünvançısıdır. Buna görə də, satıcı mümkün problemlərlə məşğul olmalıdır;
- Eyni zamanda, satıcının qablaşdırma və göndərmə prosesində tədarükçünün səhvlərindən mənfi təsirlənir;
- Müştəri ilə əlaqə saxlamaq satıcının məsuliyyətidir və buna görə də mümkün şikayətləri dinləməlidir;
- Satışda olan məhsullar haqqında təchizatçı qədər məlumat olmadığı üçün texniki dəstək vermək çətindir.
Dropshipping necə edilir?
İlk növbədə, dropshipping etməzdən əvvəl yuxarıda göstərilən üstünlükləri və mənfi cəhətləri yaxşı təhlil etməlisiniz. Bundan əlavə, sahibkar profiliniz və e-ticarət strategiyalarınıza uyğun olaraq bu modelin sizin üçün sərfəli olub-olmadığını təxmin edə bilməniz vacibdir. Beləliklə, dropshipping necə həyata keçirilir?
Dropshipping günümüzdə sosial şəbəkələr və e-ticarət platformalarda tətbiq edilir. Bu işin əsas sirri, rəqəmsal platformalarda məhsulları düzgün alıcılara çatdırmaqdır. Dropshipping ilə məşğul olmaq üçün aşağıdakı platformalardan istifadə edilir:
- Woocommerce ilə e-ticarət mağaza qurmaq;
- Shopify ilə e-ticarət mağaza qurmaq;
- Veb-sayt ilə inteqrasiya edilmiş Instagram shop ilə;
- Amazon, Ebay, Trendyol, Aliexpress və s. bu kimi marketplace platformalarında mağaza kanalı açaraq.
Dropshipping-də necə uğur qazanmaq olar?
Dropshippingə başlamazdan əvvəl bu 7 vacib detalları yadda saxlayın:
- Tədqiqatınızı yaxşı aparın – Digər bizneslərin sizin sahənizdə nə etdiyini araşdırın.
- Niş sahə, kateqoriya tapın – Rəqabəti azaltmaq və mağazanızı müəyyən bir kateqoriyada lider mövqeyə qoymaq üçün bir niş və ya konkret məhsula diqqət yetirin. Bazar güclü rəqibləriniz və marjalar çox aşağı olarsa, hətta ən yaxşı dropshipping məhsulları da nəticə verməyəcək.
- İnventarınızı artırın – Yeni məhsullar əlavə edin, yeni kateqoriyaları sınayın. Siz həm məhsullarınızı şaxələndirəcəksiniz, həm də müştərilərin nə istədiyi barədə fikir əldə edəcəksiniz.
- Tələb üzrə məhsullar satmaq – İnventar saxlamadan köynəklər, hər hansı sahə üzrə frilans xidmətlər satın.
- Müştəri məmnuniyyətinə üstünlük verin – Müştərilərin alışlarından məmnun qalması üçün əlinizdən gələni edin. Yaxşı müştəri xidməti, çevik qaytarma/mübadilə siyasəti və aydın çatdırılma vaxtları təklif edin.
- Düzgün platforma seçin – Bazarda o qədər çox e-ticarət platforması var. Biznesinizi inkişaf etdirmək üçün sizə lazım olan xüsusiyyətləri və dəstəyi təklif edən platforma seçmək vacibdir. Woocommerce başlanğıc üçün sizə kifayət edəcək.
- Marketinqə investisiya edin – Biznesiniz üçün nəyin işlədiyini tapmaq üçün müxtəlif marketinq taktikalarını sınaqdan keçirin. SEO, SMM, Google Reklamları kimi reklam üsullarını və digər yaradıcı strategiyaları sınayın.
Dropshipping onlayn e-ticarət platformalarında stoksuz satış edilən müasir biznes modelidir. Şirkətlər məhsulların ehtiyatlarını saxlamaq əvəzinə, şirkətlərdən alınan sifarişləri sayt vasitəsilə təchizatçılara və təchizatçı şirkətlərin anbarına yönləndirərək sifarişləri idarə edir. Bu sayədə şirkətlər, tədarükçü firmaların məhsullarını, anbar xərcləri olmadan sata bilərlər.
Niyə Dropshippingə Başlamalısınız?
Çətinliklərə baxmayaraq, dropshipping-in bir çox üstünlükləri var. Başlamaq üçün, dropshipping biznes modelini qurmaq asandır. Hər şeyi qura və bir gün və ya hətta saat ərzində onlayn satışa başlaya bilərsiniz. Çox investisiya tələb etmir. Heç bir inventar saxlamayacağınız üçün əvvəlcədən satınalmalar yoxdur. Anbar saxlamağa ehtiyac yoxdur və qablaşdırma və göndərmə xərcləri barədə narahat olmaq lazım deyil.
Yalnız bir noutbukla evinizdə rahatlıqla işləyə bilərsiniz. Yeni məhsulların siyahısı istənilən vaxt və hər yerdə edilə bilər. İnventar aparmadığınız üçün satılmamış əşyaların riski azdır. Bunu müxtəlif məhsullar satmaq üçün bir fürsət hesab edin və ya mağazanız üçün maraqlı bir çeşid planlaşdırın.
Dropshipping də idarə olunması asan bir işdir. Etibarlı təchizatçılar tapdıqdan sonra sizə marketinq və müştəri xidməti ilə yanaşı onlayn mağazanız kifayətdir. E-ticarət saytı və ya əlavə komanda üzvlərini idarə etmək üçün əvvəlcədən iş təcrübəsinə ehtiyacınız yoxdur.
İlk addımı atmaq və başlamaq üçün sadəcə cəsarət lazımdır. Ümid edirəm ki, dropshipping-in nə olduğunu yaxşı izah edə bildim.
Nəticə
Dropshipping biznesinə başlamazdan əvvəl onun üstünlüklərini və mənfi cəhətlərini nəzərə almalısınız. Bununla belə, çox çalışsanız, uğur qazanacağınıza şübhəm yoxdur. Hər nə qədər veb-saytınız, digər lazım olanları təmin etsəniz belə mütləq reklam bacarıqlarınız olmalıdır. Bir sözlə, rəqəmsal marketinq strategiyalardan istifadə etmədən e-ticarət layihəsinin idarə edilməsi olduqca çətindir. İlk başlarda çətinliklərlə qarşılaşsanız, ruhdan düşməyin. Zamanal təcrübə qazandıqca, reklam və satış bacarıqlarınız artıqca satışlarınız da bir o qədər paralel olaraq artacaq.