UI / UX

UI və UX nədir?

UI nədir, UX nədir və onlar arasındakı fərq nədir? Bu yazıda aralarındakı fərqləri daha yaxşı başa düşmək üçün UI və UX-ə nümunələrlə izah etməyə çalışacam.

UX (User Experience) nədir?

UX konsepsiyası dizaynın funksionallığına, sürətinə, texnoloji səriştəsinə, məzmununa və müştəri təcrübəsinə diqqət yetirir. UX Designer, dizayn etməkdən daha çox istifadəçilərin saytla necə qarşılıqlı əlaqəsi ilə maraqlanır. Bu qarşılıqlı əlaqənin necə olacağını xəyal edərək dizayn edən şəxsə User Experience Designer deyilir.

UX niyə vacibdir?

İstifadəçi təcrübəsi dizaynı hazırda məşhur biznes terminidir, lakin niyə bu qədər populyardır? Səbəblər bunlardır:

  • UX istifadəçinin ehtiyaclarını qarşılamağa çalışır və daha yaxşı müştəri məmnuniyyəti-konversiyaya yaradır;
  • UX, istifadəçiyə məhsul və ya brendə sadiq qalacaq müsbət təcrübələr təqdim etməyi hədəfləyir.
  • UX, məhsulunuzda müştəri səyahətlərini müəyyənləşdirir və istehsalçı ilə istifadəçi arasında ikitərəfli əlaqə qurur;
  • UX, inkişaf/baqların düzəldilməsi/marketinq və s. üçün xərcləri azaldır;
  • UX, təkmilləşdirilmiş investisiya gəlirini (ROI) təmin edir;
  • Bəzən məhsulun yenilikçi olmasına ehtiyac yoxdur. Sadəcə adi ideyanı götürür və onu fərqli şəkildə təmsil edir. İstifadəçi yönümlü dizayn məhsulu fərqləndirir. Bu yolla mücərrəd strateji tarazlıq əldə edilir.
  • UX intuitiv təcrübə, ardıcıllıq və davamlılıq və platformaya xas dizaynları təmin etməyə kömək edir.

UI (User Interface) nədir?

UI konsepsiyası dizaynın xarici görünüşünü, yəni interfeys xüsusiyyətlərini əhatə edir. Estetik detallar və görünüş haqqında hər şey UI ilə bağlıdır. Məsələn, istifadə etdiyiniz telefonun ekranındakı hər şey interfeys dizaynıdır. İkonların yerləri, rəngləri və ölçüləri dizaynerin verdiyi qərarlar nəticəsində tətbiq edilir. Veb saytlardakı interfeys dizaynının ekvivalenti şəkillər, düymələr, butonlar, xətlər, rənglər, səhifə strukturu və boşluqlar kimi bütün qrafik elementlərdən ibarət vizual dizayndır. UI, mobil tətbiq və ya vebsayt kimi məhsulun rəqəmsal interfeysinin vizual dizaynına aiddir. İstifadəçilər üçün həm aydın, həm də ümumiyyətlə estetik baxımdan xoş olmasını təmin edir.

UX və UI arasındakı fərqlər nədir?

Veb saytı yerinə paltaryuyan maşını götürək. Maşının ümumi görünüşü, onun rəngləri, düymələri, yuyucu vasitələr bölmələri və s. dizayn xüsusiyyətləri UI dizaynerinin məsuliyyətidir. Maşın qapısının hansı istiqamətdə açıldığı, yuyucu vasitə bölməsinin funksionallığı, rəng harmoniyasının müştərini qane edib-etməməsi kimi detallar da UX dizaynerinin maraq dairəsidir. Yaxud evdə arakəsmələr yaradarkən hansının otaq, hansının qonaq otağı, hansının hamam olacağını, bu ərazilərdə hansı döşəmə və divar materiallarından istifadə ediləcəyini və ya işıqlandırmanın necə aparılacağını müəyyən edərkən , UI bu planları həyata keçirən tərəfdir.

UX və UI dizayn prinsipləri dizaynın ilk anından son mərhələsinə qədər istifadəçiyə çatana qədər birlikdə istifadə edilir. Bir-birindən fərqli cəhətləri olsa da, unutmaq olmaz ki, UX və UI bütün dizaynlarda birlikdə istifadə edildikdə həm vizual, həm də funksiya baxımından uğurlu dizaynlar ortaya çıxacaq.

ismayıl

7+ illik WordPress developer, SEO üzrə mütəxəssis
Back to top button