SEO

WordPress SEO nədir?

SEO nədir? sualının cavabını veb sayt haqqında axtarış sistemləri üçün görülən bütün təkmilləşdirmə işləri kimi müəyyən etmək olar. SEO, müvafiq açar sözlər ilə axtarış sistemlərində daha yüksək yer tutaraq bu sözlərin axtarış trafikində ən çox ziyarətçi sayına çatmağı hədəfləyir. Bu kontekstdə, SEO tədqiqatları veb saytları hər cəhətdən axtarış motorlarına uyğunlaşdıraraq ziyarətçilərinə daha asan və tez çata biləcəkləri bir veb platforması təmin etməyi hədəfləyir. Google, Bing, Yandex və digər axtarış sistemlərində sorğulanan axtarışların, məhsul və xidmətlərin görünməsini artırmaq üçün veb saytlarınızda aparılan optimallaşdırma işləri kimi müəyyən edilir. SEO, rəqiblərimizi qabaqlamaq üçün görülən işlərin bütövlüyüdür ki, bu da bizə reklamdan başqa Google axtarışlarında orqanik olaraq sıralanmağa imkan verir.

WordPress SEO nədir?

WordPress-dən istifadə edilən veb-saytlarda axtarış motorlarının performansını artırmaq üçün aparılan optimallaşdırma işlərinin hamısıdır. WordPress SEO-nun digər kodlaşdırma ilə (Python, Php, Laravel və s.) yaradılan veb-saytların SEO-nun əsas fərqi SEO proseslərində işinizi tam avtomatlaşdıran plaqinlərdən faydalanmaqdır.

WordPress SEO ilə SEO arasında fərqi nələrdir?

SEO sahəsinə yeni başlayanlar bu iki anlayışı qarışdırırlar. Əslində hər iki SEO eyni məntiqlə, eyni qaydalarla optimizasiya edilir. Aralarında tək fərqi odur ki, WordPress SEO-dan həm texniki, həm də SEO optimizasiya ixtiyarınızda olsa da, 0-dan kodlanmış veb-saytın SEO prosesi komanda işidir. Birbaşa developer ilə birlikdə çalışırsız.

SEO (Axtarış Motorunun Optimizasiyası) nədir?

.SEO ingilis dilində “Search Engine Optimization” sözlərinin qısaldılmış formasıdır. Axtarış motorunun optimallaşdırılması veb saytlarımızın axtarış sistemlərində daha çox görünməsini təmin etmək üçün görülən işlərin hamısıdır. SEO, veb saytların axtarış sistemlərində daha yaxşı işləməsi üçün görülən bütün işlərə verilən addır. Məqsəd veb saytların axtarış motorlarının nəticələri səhifəsində (SERP) daha yaxşı yer tutmaqdır. SEO ilə veb saytınızın performansını artıra və daha çox ziyarətçi əldə edə bilərsiniz. SEO-nun ən böyük üstünlüyü ondan ibarətdir ki, siz hər ay diqqət etdiyiniz açar sözlərlə veb saytınıza “pulsuz” trafik əldə edə bilərsiniz, buna görə də potensial müştərilərə çatmaq üçün yaxşı bir investisiya vasitəsidir.

oxşar yazılar

SEO niyə vacibdir?

SEO işi reklamdan daha asan və ucuzdur. Bu, uzun illər ərzində eyni və ya oxşar faydaların əldə oluna biləcəyi əla marketinq strategiyası kimi seçilir. Buna görə də SEO marketinq büdcə resurslarının məhdud olduğu vəziyyətlərdə şirkətlərin əvəzolunmaz strategiyası olmalıdır və bu səbəbdən şirkətlər üçün çox zəruridir. Hər il trilyonlarla axtarış aparılır. Axtarış çox vaxt vebsaytlar üçün əsas trafik mənbəyidir və bu, insanların brendinizi və ya biznesinizi axtara bildiyi istənilən platformada “axtarış motoruna uyğun” olmağı vacib edir.

Ancaq bu gün axtarış inanılmaz dərəcədə parçalanmışdır. İstifadəçilər ənənəvi veb axtarış sistemlərində (məsələn, Google, Microsoft Bing Yandex), sosial platformalarda (məsələn, YouTube, TikTok, Twitter, Facebook) və ya onlayn satış saytlarında (məsələn, Trendyol, Amazon, Wallmart) axtarış edə bilərlər. SEO mütəxəsisinin hədəfi mövcud brendinizi, biznesinizi, məhsul və xidmətlərinizi bütün axtarış platformalarında təmin etməkdir. SEO, yalnız veb saytdakı linklərin ön sıralamalara çıxması deyil, paralel olaraq uyğun auditoriyanızın olduğu bütün platformalarında ön sıralara gətirməsini təmin etməkdir.

SEO-nun növləri hansılardır?

  1. On-site SEO: Veb səhifəsində olan bütün məzmunu və mətni, səhifənin strukturu və meta teqləri, başlıqlar, alt başlıqlar və şəkillər kimi elementləri optimizasiya etmək deməkdir.
  2. Off-site SEO: Veb səhifənizi başqa saytlarla əlaqələndirərək veb səhifənizin dəyərini yüksəltmək deməkdir.
  3. Content SEO: Bu, veb səhifəsindəki məzmunun, açar sözlərin, mətnin və şəkillərin tənzimlənməsi deməkdir. Bu növ SEO, məzmununuzun istifadəçilər və axtarış motorları üçün maraqlı, informativ və keyfiyyətli olmasını təmin edir.
  4. Technical SEO: Bu, bir veb səhifəsindəki məzmunu və elementləri, yüklənmə sürətinə və səhifə arxitekturasına konsentrasiya edir. Bu, veb səhifəsinin yüklənmə sürətini artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün mühüm ola bilər.
  5. Local SEO: Bu, bir veb səhifəsinin bir şəhər, ölkə və ya bölgədəki hədəf auditoriyasına nəzərən tənzimlənməsidir. Yəni, biznesinizin Google Maps, Yandex maps, həmçinin bolt, uber, yango kimi digər tətbiqlərdə görünməsini təmin edir. Bu növ SEO, yerli axtarış nəticələrində daha yüksək sıralanması üçün lazım olan məlumatları və məzmunu təmin edir.

Vebsaytınızın xarici mənbələrdən aldığı hər cür istinad bağlantılarını özündə birləşdirir. Beləliklə, saytınız və saytdan kənar yazılarınız bir-biri ilə uyğunlaşacaq və saytınız axtarış sistemlərində təhlükəsiz sayt kimi yer alacaq. Off-site SEO, veb saytınızın faydalı veb sayt olmasını təmin etsə də, saytınızın reytinqlərdə daha yüksəklərə qalxmasına və axtarış motorlarında yaratdığı etibarla məlumatlılığınızı artırmasına imkan verir. Axtarış alqoritmləri və sıralama faktorları daim dəyişsə də, səhifədənkənar SEO-nun vebsayta etdiyi təsir, səhifələrin sıralanmasında mühüm rol oynayır. Google-un məzmununuzu indeksləşdirmək və sıralamaq üçün istifadə etdiyi dəqiq alqoritmi bilməsəm də, məlumatlar göstərir ki, səhifədənkənar SEO ilə əlaqəli faktorlar reytinq faktorunun 50%-dən çoxunu təşkil edir. Off-site SEO üçün aşağıdakı mənbələrdən istifadə edilir:

  • Sosial media platformaları (Facebook, Twitter, Tiktok, LinkedIn, Pinterest, Medium, Reddit və s.),
  • Video paylaşma saytları (YouTube, Dailymotion, Vimeo və s.),
  • Saytınızın kateqoriyasına oxşar və uyğun vebsaytlar,
  • Daim aktual və keyfiyyətli məzmunlu xəbər saytları (Oxu.az, Qafqazinfo, Milli.az, Fed.az və s.)
  • Lüğət, ensiklopediya formatında olan saytlar (WikiPedia, Ekşi Sözlük, İnci Sözlük, Uludağ Dictionary, ITU Dictionary və s.)
  • .EDU uzantılı təhsil müəssisələrinə aid saytlar (universitet, Kollec, ibtidai məktəb və s.)
  • .GOV uzantılı dövlət qurumlarına aid saytlar (nazirliklər, fondlar, və s.)
  • PDF saytları (SlideShare, Issuu, Dropbox, 4Shared və s.)
  • Şəkil paylaşma saytları (Flickr və s.)

Xülasə, Google, Yandex, Bing kimi əsas axtarış sistemlərində yüksək yer tutmaq üçün vebsayt üçün istifadəçi yönümlü peşəkar brendinq səylərinə aiddir. … Saytdan kənar SEO-da ən vacib şey istinad linkidir, yəni nüfuzlu və keyfiyyətli saytlardan verilən backlink linkidir. Yuxarıda qeyd etdiyim mənbələrdən veb saytınıza aldığınız geri bağlantı və istinadlara ümumi olaraq “backlink” adlandırılan SEO terminidir. Backlink nədir? başlıqlı bloqumda backlink haqqında detallı məlumat ala bilərsiz.

ismayıl

7+ illik WordPress developer, SEO üzrə mütəxəssis
Back to top button